Bakı Mühəndislik Universiteti Publik Hüquqi Şəxsi (VÖEN: 3102154051) sedan tipli minik avtomobilinin satın alınması ilə bağlı açıq tender elan edib.
Müsabiqənin ehtimal olunan məbləği 86 650,00 AZN təşkil edir.
Təkliflərin qəbulu və zərflərin açılışı 9 sentyabr 2025-ci il, saat 15:00-da baş tutacaq.
İştirak etmək istəyən şirkətlər üçün:
İştirak haqqı: 173,3 AZN (geri qaytarılmır)
İstifadə haqqı: 25 AZN (şərtlərlə tanışlıq üçün)
Müsabiqənin əsas şərtlər toplusu 4 sentyabr 2025-ci il, saat 12:14-dən sonra əldə oluna bilər.
İddiaçıların sayı minimum üç olmalıdır.
İddiaçılar təkliflərini sentyabrın 9-na qədər Universitetin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 120 ünvanına təqdim edə bilərlər.
Əlavə məlumat üçün Bakı Mühəndislik Universitetinin Satınalmaların təşkili və təchizat şöbəsinin müdiri İsmət Musayev ilə əlaqə saxlamaq olar:
Əlaqə telefonu+994 12 349 99 66