Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 4 rayon üzrə meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafi üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması ilə bağlı üç tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, Qubadlı və Zəngilan rayonları üzrə olan tenderlərin qalibi "Su Pek Proje ve Müşavirlik Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialıdır. Qalib şirkətə Qubadlı rayonu üzrə 1 690 201, Zəngilan rayonu üzrə 2 047 890 manat ödəniləcək.
Kəlbəcər və Laçın rayon üzrə tenderin qalibi "Promor" MMC-dir ki, bu şirkətə 1 909 948 manat ödəniləcək.
Tenderlərin ümumi məbləği 5 648 039 manat təşkil edir.