Azərbaycan Mərkəzi Bankı pulsayan maşın, yükqaldıran və yeni yaradılacaq dizayn studiya üçün avadanlıq alır.
FED.az xəbər verir ki, bu barədə AMB-nin tender elanında bildirilir.
- lot 1 - Çəngəlağız yükqaldıranların satınalınması
- lot 2 - Əskinaz sayğaclarının və mobil infraqırmızı detektorların satınalınması
- lot 3 - Fotoaparat-linza və aksesuarları ilə birlikdə satınalınması
Eləcə də bax: Mərkəzi Bank avtomobillər alır - TENDER
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Rəşid Behbudov küçəsi 90(Əlaqələndirici şəxs : AKİF ƏSKƏROV ƏLİZADƏ OĞLU , telefon : 4931122 (484)) ünvanından ala bilərlər.
İştirak haqqı:
- lot 1 - 0 AZN
- lot 2 - 0 AZN
- lot 3 - 0 AZN
Bank rekvizitləri:
- Hesab:
AZ25NABZ01701190000000001944 - VÖEN: 9900071001
- Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
- Kodu: 501004
- M/H:
AZ74NABZ01451700000000001944 - S.W.İ.F.T:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- 10. Digər sənədlər: Tenderdə iştirak etmək üçün iştirak haqqı tələb olunmur.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28.06.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 09.07.2019 18:00 qədər Rəşid Behbudov küçəsi 90 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 10.07.2019 15:00 tarixində Rəşid Behbudov küçəsi 90 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.