Dövlət Gömrük Komitəsi "Telekommunikasiya şəbəkəsi vasitəsilə mobil rabitə xidmətlərinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Azercell Telekom MMC" (VÖEN: 9900022721) olub.
Şirkətlə bir mənbədən satınalma üsulu ilə 10 000 məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Azercell Telekom MMC daha öncə də Dövlət Gömrük Komitəsi ilə "4G rabitə ilə əlaqədar bir illik xidmət haqqının ödənilməsi üzrə satınalmalar" tenderi üzrə 24 072 manat (04.05.2022), "Telekommunikasiya xidmətlərinin göstərilməsi" tenderi üzrə 10 min manatlıq (08.04.2022 ) satınalma müqavilələri imzalayıb