Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs anbarın icarəsi xidmətinin satın alınması üçün kotirovka sorğusu elan edib.
FED.az xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər:
- nizamnamənin surəti;
-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti və ya fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
- hüquqi və ya fiziki şəxsin rekvizitləri;
- mülkiyyət hüququ haqqında şəhadətnamə , daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı.
QEYD- satınalma müqaviləsinin icrası üçün qalib təşkilatdan müqavilə məbləğinin 2 (iki) faizi həcmində icra təminatı tələb olunacaqdır.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər qapalı zərfdə, imzalanıb möhürlənmiş şəkildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 73C nömrəli ünvanına 16 avqust 2021-ci il saat 15.00-dək təqdim olunmalıdır.
Maraqlanan təşkilatlar (012) 5651272 (daxili 504) nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Tender komissiyası