Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslər üçün 160 ədəd minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Dövlət qurumu böyük tədbirlər keçirəcək – TENDER – SİYAHI
FED.az xəbər verir ki, 2 milyon manatlıq tenderin qalibi "Azərmaş" MMC-dir.
Xatırladaq ki, "Azərmaş" MMC bundan əvvəl Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Sahələrarasi Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin tam ötürücülü bortlu yük avtomobillərinin alınması üzrə 308 801 manatlıq tenderini qazanıb.