İnnovasiya və Təchizat Mərkəzi Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin təminatı üçün nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, bərk və yumşaq inventarların satın alınması üzrə tender elan edir.
Təmir işləri üzrə böyük tender elan olundu - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 500 manatdır və son müraciət tarixi 15.09.2022-ci ilə kimidir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhər Hacı-həsən ŞTQ, Xocasən qəsəbəsi Ev 3 (Əlaqələndirici şəxs : Nicat Abışov telefon : +994123461133) ünvanından ala bilərlər.