“Azərsu” ASC Abşeron yarımadasında və respublikanın regionlarında tikinti-quraşdırma, qəza-bərpa işlərini həyata keçirərkən ərazidə qazılmış asfalt örtüyünün bərpasının satın alınması üçün tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 500 manatdır və son müraciət tarixi 19.10.16:00-a kimidir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlu, Telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlu, Telefon: + 99 412 431 47 67 – daxili 2259, E-mail: [email protected]) ala bilərlər.
İşlərin qısa təsviri:
Abşeron yarımadasında və respublikanın regionlarında tikinti-quraşdırma və qəza-bərpa işlərini həyata keçirərkən ərazidə qazılmış asfalt örtüyünün bərpası (5-20 sm aralığında cəmi 185550 m2).
Tenderdə iştirak haqqı 500,00 (beş yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
VÖEN: 9900001751
Bank: “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod: 200112
VÖEN: 9900003611
Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111
Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111
M/h: AZ37NABZ01350100000000001944
SWIFT AIIBAZ2X...
Əas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlu, Telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlu, Telefon: + 99 412 431 47 67 – daxili 2259, E-mail: [email protected]) ala bilərlər.
Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111
Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111
M/h: AZ37NABZ01350100000000001944
SWIFT AIIBAZ2X
Tender iştirakçıları tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;
- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
- lisenziya və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;
- malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiqlənmiş surəti təqdim edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 20 oktyabr 2022-ci il saat 16.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Tender iştirakçıları tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 oktyabr 2022-ci il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19 oktyabr 2022-ci il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.