Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Dövlət Sosial Müdafiə Fondunun Maddi–Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün pikap tipli xidməti minik avtonəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300050781
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80
Müsabiqənin başlama tarixi və vaxtı: 25.06.2023 19:19
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 21.07.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 01.08.2023 15:00
Çatdırılma yeri - H.Zərdabi 80
Çatdırılma müddəti - 2023-cü il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat.ar
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Zahir Əliyev, Satınalmaların təşkili və təchizat departamentinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: 0124345259
Ban növü: Pikap 5 qapılı (4 qapı+1 yük bölməsi qapısı) Buraxılış ili: 2022-ci il Yürüş: 0 km Zəmanət: 3 il və ya 100000 (bir yüz min) km (daha gec bitən göstərici (il və ya km) üzrə) Mühərrik həcmi min: 2,4 lt Maksimal gücü:100-150a.g aralığında Sürət qutusu: Mexaniki sürət qutusu Ötürücü.Tam Yanacaq növü.Dizel Oturacaq sayı. Min 5 Transmissiya. 6 MT Təhlükəsizlik Əyləclər(ön)-disk tipli, əyləclər(arxa)-baraban tipli, ABS+EBD, Sürücü və ön sərnişin təhlükəsizlik yastıqları 3 nöqtəli təhlükəsizlik kəmərləri, immobilayzer, mərkəzi kilidləmə İnteryer Kondinsioner, elektrik şüşəqaldıranlar, açarsız daxilolma və mərkəzi kilidləmə sistemi, bort kompyuter, Wide 2DIN AM/FM CD player Eksteryer Hallogen faralar, gündüz işiqlar, arxa bamper, arxa şüşənin qızdırıcısı
Sayı - 6 ədəd