“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti qurumun istifadəsində olan 25 ədəd nəqliyyat vasitəsinə (Pajero Sport, Yeni Outlander və L-200 markalı) istehsalçının zəmanət müddətində servis xidmətinin satın alınmasıdır. Müqavilənin məbləği 5 398 464 manat təşkil edir.
Müqavilə "Diamond Motors" MMC (VÖEN – 1401010791) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, sözügedən şirkət bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun pick-up tipli avtomobillərin servisi ilə bağlı keçirdiyi 1 063 manatlıq tenderin də qalibi olub.












