Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhəri Üzrə Nümayəndəsi “Abadlıq işləri” tenderinin nəticələrini açıqlayıb.
Cari təmir və abadlıq işləri ilə bağlı tenderin nəticələri– AÇIQLANDI
FED.az xəbər verir ki, tenderin qalibi "Uğurlu İnşaat" MMC şirkəti olub. Şirkətlə 424 min 898 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Zaqatala Rayonu İcra Hakimiyyətinin 66 min 508 manat dəyərindəki “Zaqatala şəhərinin V.İsmayılov küçəsi, 7 saylı, Azərbaycan pr-ti, 39 saylı, Nizami Gəncəvi küçəsi, 16 saylı çoxmənzilli yaşayış binalarının həyətinin asfaltlaşdırılması işləri” (31.10.2022) tenderini qazanıb.