İnnovasiyalar Mərkəzi MMC xidməti geyim formalarının satınalınması üzrə tender elan edir.
Təhsil Nazirliyi təmir işləri üzrə böyük tender - ELAN EDİR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 05.10.2022 12:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rəşad Xudu-zadə
Əlaqə 994 12444-74-44/daxili 2632
“Xidməti geyim formaları”nın satınalınması - siyahı:
1 Kişi kostyumu (pencək və şalvar) Pencək: laskanlıdır, mərkəzdən iki ədəd ilgək və düymə ilə düymələnir, yarıyapışıq siluetlidir,ətəklər kəsik yan hissəli və qarsaqlıdır. Sol ətəyin döş nahiyəsində lastikli cib tikilir. Ətəyin yan hissəsində qapaqlı, köbəli kəsmə ciblər tikilir. Yaxalıq qatlanandır. Üst yaxalıq kəsik dayaqlıdır,kürək orta tikişlidir. Tikişin sonu şlitsa ilə tamamlanır, qollar iki tikişlidir. Dirsək tikişinin qurtaracağı açıq şlitsa ilə tamamlanır. Şlitsada bəzək üçün dörd ədəd ilgək və düymə tikilir, astarlıdır, sol ətəyində bir ədəd içəri cib tikilir. Sol nahiyədə olan(daxildə) cibin üzərində “ASAN xidmət” loqosu və istehsalçının adı qeyd olunmalıdır. Şalvar: düz biçimlidir, manjetsizdir, tikilmə kəməri bir ədəd asılma ilgəklə düymələnir. Kəmər üçün eni – 1,0 sm, uzunluğu – 4,0 sm olan 5 ədəd körpücük tikilir. Kəmərin sol ucu qulfik ilə eyni səviyyədə olmalıdır,şalvarın ön hissəsində kəsmə yan ciblər hazırlanır. Cibin girişi 0.5 sm endə bəzək tikişi ilə bəxyələnir, şalvarın qulfiki zəncirbəndlə bağlanır. Şalvarın arxa hissəsində qarsaq və sağ köbəli. Parça tərkibi: Yun tərkibli 250 qr/m2 (yun 40%, polyester 55%, likra 5%) sıxlıq 150 q/sm³. Parça rəngi: Parlament Blu 374 dəst
2 Qadın kostyumu (jilet, ətək vəya şalvar) Pencək: Astarlıdır, dar kəsimlidir. Ön hissədən köbə ilə kəsmə 0,5 sm-də qoşa tikişli cib tikilir. Pencək ön hissədən 2 ədəd ilgək və 2 ədəd düymə ilə düymələnir. İki ciblidir, hissələr qsm tikiş ilə birləşir. Sol nahiyədə olan(daxildə) cibin üzərində “ASAN xidmət” loqosu və istehsalçının adı qeyd olunmalıdır.m Ətək: Düz biçimlidir, manjetsizdir, içi astarlıdır. Kəmər üçün eni – 1 sm, uzunluğu – 4 sm olan 5 ədəd körpücük tikilir. Kəmərin sol ucu qulfik ilə eyni səviyyədə olmalıdır. Ətək hissəsi 0,1 sm endə bəzək tikişi ilə bəxyələnir. Ətəyin şlitsasi 12 sm uzunluğundadır. Arxa kəmər hissəsi bir ədəd ilgək və bir ədəd düymə ilə düymələnir. Düymə hissəsinin altında şlitsanın üstü zəncirbəndlə bəxyələnir. Şalvar: Düz biçimlidir, manjetsizdir, tikilmə kəməri iki ədəd kiçik düymə ilə düymələnir. Kəmər üçün eni – 1 sm, uzunluğu – 4 sm olan 5 ədəd körpücük tikilir. Kəmərin sol ucu qulfik ilə eyni səviyyədə olmalıdır. Şalvarın ön hissəsində kəsmə yan ciblər hazırlanır. Cibin girişi 0,5 sm endə bəzək tikişi ilə bəxyələnir.Şalvarın qulfiki zəncirbəndlə bağlanır. Şalvarın arxa hissəsində iki ədəd kəsmə cib tikilir. Parça tərkibi: Yun tərkibli 250 qr/m2 (yun 40%, polyester 55%, likra 5%) sıxlıq 150 q/sm³. Parça rəngi: Parlament Blu 272 dəst
3 Kişi üçün qalstuk loqolu Klassik biçimli, aşağı hissəsi 8 sm enində olmalı, rəngi mavi, “ASAN xidmət” loqo elementi ilə naxışlı parçadan olmalıdır.Parça tərkibi: (70 % polyester, 30 % ipək) 45-50 qr/m². Parça rəngi: mavi 187 ədəd
4 Qadın üçün şarf loqolu Kvadrat biçimli, 80x80 sm ölçüsündə; mavi rəngdə, “ASAN XİDMƏT” loqo elementi ilə naxışlı parçadan tikilmə; künclərin birində basma üsulu ilə rəngli “ASAN XİDMƏT” loqosu yerləşdirilməlidir. Parça tərkibi: (70 % polyester, 30 % ipək) 45-50 qr/m². Parça rəngi: mavi 136 ədəd