DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən DİN-in Yasamal və Nəsimi Rayon Polis İdarəsinin inzibati binalarının təmiri, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsi üçün inzibati binanın və Əlahiddə Çevik Polis Alayı üçün 2 ədəd NBM-in tikintisi ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Abşeron Tikinti Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 3 milyon 107 min 249 manat təşkil edir. Ehtimal olunan qiymət isə 3 milyon 134 min 807 manat idi.
Qeyd edək ki, "Abşeron Tikinti Quraşdırma" MMC bundan əvvəl də sözügedən İdarənin sifarişini icra edib. Şirkət DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və Hava Nəqliyyatında Polis İdarəsinin inzibati binalarının təmiri üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 2 milyon 188 min 880 manat təşkil edib.











