“Dənizkənarı Bulvar İdarəsi” PHŞ (VÖEN: 1700865471) yeni tender elan edir.
Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılır – İspaniya şirkəti ilə 247 min manatlıq müqavilə
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində avtomobillər üçün akkumulyatorların və avtoşinlərin satınalınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 113 min 394 manatdır.
Tender şərtlərinə görə, 165 akkumulyator və 120 ədəd avtomobil şininin alışı nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Elbrus Abbasov - Maliyyə və təminat şöbəsinin baş məsləhətçisi / [email protected] / +994 12 404 95 96
Şərtlərə görə, iddiaçılar təkliflərini 10 iyun 2026-cı il, saat 17:10-a qədər Bakı ş., Səbail ray. Neftçilər pr.2A ünvanına təqdim edə bilərlər














