Respublika Qiçs-Lə Mübarizə Mərkəzi “Əhalinin riskli qrupları arasında profilaktik xidmətlərin genişləndirilməsi məqsədilə cavab tədbirlərinin gücləndirilməsi üçün mal materialların satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Global Statıonery Offıce” MMC olub.
Qalib şirkətə 199 863 manat ödəniləcək.
Bu qiymətə daxildir 27 400 ədəd iki tərəfli yazılı gel qələmi, 60 ədəd məlumat yazılı köynək, 11 750 ədəd xüsusi loqo yazılı qovluq tipli çanta, 25 600 ədəd xüsusi yazı məlumatlı qeydiyyat bloknot və 24 400 ədəd məlumat yazılı nişan.