“Bakubus” MMC “Yutong Bus Co., Ltd.” ilə satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində Qarabağ iqtisadi rayonlarının avtobus parkı üçün 19 ədəd YUTONG markalı dizel mühərrikli avtobusların satın alınması nəzərdə tutulub.
Bunun üçün şirkətə 3 milyon 391,5 min manat ödəniş olunub. Alınacaq bir ədəd avtobusun orta qiyməti 178 min 500 manat təşkil edir.
Qeyd edək ki, “Yutong Bus Co., Ltd.” Çin şirkətidir. Şirkətin tam adı Zhengzhou Yutong Group Co., Ltd.-dir və baş qərargahı Çinin Çjençjou (Zhengzhou), Henan əyalətində yerləşir. Yutong 100-dən çox ölkə və regiona təxminən 130 000 avtobus ixrac edib və qlobal bazarda 10%-dən çox paya sahibdir.













