SOCAR xüsusi geyim və fərdi mühafizə vasitələri alır.
Eləcə də bax: Nazirlik inzibati binaların qazlaşdırılması üçün - TENDER ELAN EDİR
FED.az xəbət verir ki, Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutu xüsusi geyim və fərdi mühafizə vasitələriə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (28043-19) elan edir.
Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- Müsabiqə təklifi.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) sənədi ən geci 10.01.2020-ci il, Bakı vaxtı ilə saat 16:30-a qədər Azərbaycan və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.
Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
- Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 17.01.2020-ci il, Bakı vaxtı ilə saat 11:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
- Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və İngilis dilində əldə etmək istəyənlər 177 AZN (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.
- Hesab nömrəsi:
VÖEN SOCAR: 9900003871
Azərbaycan Beynəlxalq Bankı ASC, Müştəri xidməti Departamenti,
VÖEN (bank): 9900001881
İBAN: AZ38IBAZ38010019449306332120
Müxbir hesab: AZ03NABZ01350100000000002944
SWIFT BIK: İBAZAZ2Х
Kod: 805250
- İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın ünvanı:
AZ1122, Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a
"Neftqazelmitədqiqatlayihə" İnstitutu
Əlaqələndirici şəxs: Rəna Əliyeva
"Neftqazelmitədqiqatlayihə" İnstitutu, Satınalmalar və təchizat şöbəsinin mühəndisi
Telefon : (+99 412) 521-15-08
Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:
www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)
Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:
Zərflərin açılışı 17.01.2020-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:30-da elanın IV qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.
Müsabiqənin nəticəsi haqqında məlumat:
Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:
http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards