Dövlət Neft Fondu çap və nüsxələmə avadanlıqlarına texniki xidmətin satın alınması üzrə tender elan edir.
Eləcə də bax: "Aqrar Tədarük və Təchizat" sığortaçı - SEÇİB
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
25.04.2022-ci il saat 10:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Dövlət qeydiyyatı haqqında şəhadətnamə - surəti PDF formatında yüklənməlidir.
Rekvizitlər - surəti PDF formatında yüklənməlidir.
Dövlət reyestrindən çıxarış - surəti PDF formatında yüklənməlidir.
Nizamnamə - surəti PDF formatında yüklənməlidir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - müvafiq qaydada təsdiqlənmiş sənəd PDF formatında yüklənməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Maliyyə vəziyyəti haqqında bank arayışı - müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı PDF formatında yüklənməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - müvafiq qaydada təsdiqlənmiş son 1 (bir) ilə aid hesabat PDF formatında yüklənməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Hansı sahibkarlıq subyektinə (mikro, kiçik, orta, iri) mənsub olması haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən arayış - surəti PDF formatında yüklənməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ülvi Abdullayev, şöbə müdiri
Əlaqə: (99412) 498 77 53, daxili: 1210