Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tender elan edir
FED.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üçün kənd təsərrüfatı mallarının satın alınması üzrə açıq tender keçirir. Tenderin dəyəri 3 milyon ABŞ dolları təşkil edir.
Eləcə də bax: Azərsu tenderin - QALİBİNİ AÇIQLADI
Tenderdə iştirak etmək üçün müraciətin təqdim edilmə və tender sənədlərin alınma müddəti: 05.04.2021 saat 17:00-dək
Tender təklifləri ilə bank təminatı sənədlərini 13.04.2021 saat 17:00-dan gec olmayaraq portal vasitəsi ilə təqdim etməlidirlər
İştirak haqqı: 500 AZN
Ünvan: Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Əlaqələndirici şəxs : Şahin Qubadovdır
Telefon : (012) 497-71-34.