Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs texnoloji xətlərin (iki) sökülüb, daşınıb və təzə inzibati binada yenidən quraşdırılaraq işlək vəziyyətə salınması xidmətinin satın alınması üçün təkliflər sorğusu elan edir.
Ədliyyə Akademiyası kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, iddiaçılar müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN-1304673921).
Bank - “Azər-Türk bank” ASC-nin müştəri xidmətləri mərkəzi
Ünvan - Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/19
VÖEN(bank)- 9900006111
Kod- 507699
SWIFT- AZRTAZ22
M/h- AZ02NABZ01350100000000022944
H/h-AZ98AZRT38060019440028835001
İştirak haqqı nəzərdə tutulmayıb.
İddiaçılar təkliflər sorğusunda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat;
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar təkliflər sorğusunda iştirak üçün yuxarıda göstərilən sənədləri 17 iyun 2021-ci il saat 17.00-dək təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan tender təkliflərinə baxılmayacaqdır.
Təkliflər 18 iyun 2021-ci il saat 11.00-da açılacaqdır.
Tender təkliflərini qiymətləndirib müqayisə edərkən əsas şərtlər topIusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.
İddiaçıların tender təklifi, həmçìnin təkliflər sorğusu proseduru ilə əlaqədar bütün yazışmalar və sənədlər Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.
Əlaqələndirici şəxs- İlham Əliyev, telefon-502-47-53/56/58, daxili 144.
E-mail: [email protected]
Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.