Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti xüsusi geyim formaları və geyim əşyaları üzrə tender elan edir.
Nazirlik maşın və avadanlıqlar alır - TENDER- SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yaninda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti xüsusi geyim formaları və geyim əşyaları üzrə tender elan edir.
FED.az tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 07.07.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Şahin Əliyev
Əlaqə: 0125372188
Alınacaq malların siyahısı:
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Plaş |
Xidmətin əməkdaşları üçün plaş üst geyimi Rəngi: tünd göy (sürməyi) rəngli Parça: 100% sukeçirməz təbəqə ilə örtüklü parça Xüsusiyyətləri: Geyim tez və rahat təmizlənən olmalıdır. Cırılmaya, sürtülməyə dayanıqlı, qar, su, günəş və işığa qarşı dözümlü olmalıdır. Kəsim və tikiş DÜST R 12.4.236-2011 standartlarına uyğun olmalıdır. Materialın texniki xarakteristikası: - Rəngin davamlığı iqlim şəraitinə, yuyulmağa qarşı yüksək olmalıdır; - Yuyulmadan sonra boy dəyişməsi 1%-dən çox olmamalı; - Sapların keyfiyyəti (armirovannaya) Uyğunluq sertifikatlarının olması vacibdir. Plaş: kişilər üçün ikibortludur, ətəyinə kimi astarlıdır, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan gümüşü metaldan hazırlanmış 6 ədəd böyük düyməsi, hər iki tərəfindən kəsmə cibləri, astarında isə iki kəsmə qoltuq cibi, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan gümüşü metaldan hazırlanmış və eyni parçadan tikilmiş bel kəməri vardır. Qadınlar üçün plaş birbortludur, üzərində 4 ədəd Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan gümüşü metaldan hazırlanmış düymə vardır. Qol manjetlərinin üzərində eni 2 mm olan gümüşü rəngli zolaq, qollarının aşağı arxa hissəsində bir sırada yerləşən gümüşü metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan 4 ədəd kiçik düymələri vardır. Plaşın yaxalığında sağ və sol tərəflərdə xidmət rəisi və müavinləri üçün müəyyən edilmiş gümüşü rəngli toxunma dəfnə budağı yarpağı vardır. Plaşın sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı, sağ qolunda (qadınlarda sol qolunda) isə fərqləndirici nişan vardır. |
45 |
ədəd |
2 |
Kostyum dəsti (kitel və şalvar) |
Xidmətin kişi əməkdaşları üçün kostyum dəsti (kitel və şalvar) Rəngi: tünd göy (sürməyi) Parça: 100% kabardin 250-260 qr. Xüsusiyyəti: Cırılmaya, sürtülməyə dayanıqlı, qar, su, günəş və işığa qarşı dözümlü olmalıdır. Geyim işçini ümumi çirklənmədən, mexaniki və iqlim təsirindən qorumalı, tez və rahat təmizlənən olmalıdır. Kəsim və tikiş DÜST 27575-87 standartlarına uyğun olmalıdır. Materialın texniki xarakteristikası: - Yuyulmadan sonra boy dəyişməsi 1,5 %-dən çox olmamalıdır; - Yuyulmaya, işığa və günəşə davamlı boya ilə boyanmalıdır; - Sapların keyfiyyəti (amirovvanı); Uyğunluq sertifikatlarının olması vacibdir. Kitel: Xidmət rəisi və müavinləri üçün tünd göy (sürməyi) rəngli parçadandır, birbortlu, qatlanan boyunluqludur. Bortu ortadan üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan dörd böyük düymə ilə düymələnir. Xidmət rəisi və müavinləri üçün müəyyən edilmiş kiçik düymələrlə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı üstdən tikilmə döş və üstlüyü qatlanan kəsmə yan cibləri vardır. Kürək hissəsində, ortada şlitsa ilə tamamlanan tikiş vardır. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi 6 vardır. Kitelin qol manjetlərinin üzərində eni 2 mm olan gümüşü rəngli zolaq, qollarının aşağı arxa hissəsində isə bir sırada yerləşən gümüşü metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan 4 ədəd kiçik düymə vardır. Kitelin sağ və sol qatlanan yaxalıqlarında gümüşü rəngli toxunma dəfnə budağının nişanları vardır. Kitelin sol qolunda qol nişanı, sağ qolunda isə xidmət rəisi və müavinləri üçün müəyyən edilmiş fərqləndirici nişan vardır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün tünd göy (sürməyi) rəngli parçadan tikilir, birbortlu, qatlanan boyunluqludur. Bortu orta hissədən üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan 4 ədəd böyük düymə ilə düymələnir. Kiçik düymələrlə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı üstdən tikilmə döş və üstlüyü qatlanan kəsmə yan cibləri vardır. Kürək hissəsində ortada şlitsa ilə tamamlanan tikiş vardır. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kitelin qol manjetlərinin üzərində eni 2 mm olan gümüşü rəngli zolaq, qollarının aşağı arxa hissəsində isə bir sırada yerləşən gümüşü metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan 4 ədəd kiçik düymə vardır. Sol qolunda qol nişanı, sağ qolunda isə fərqləndirici nişan vardır. Şalvar: xidmət rəisi və müavinləri üçün tünd göy (sürməyi) rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində şalvarın boyunca eni 4 mm olan gümüşü rəngli zolaq (lampas) tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün tünd göy (sürməyi) rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində şalvarın boyunca eni 2 mm olan gümüşü rəngli zolaq (lampas) tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır. Forma düymələri: gümüşü rəngli metaldan hazırlanır və düymələrin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunur. |
40 |
dəst |
3 |
Kostyum dəsti (kitel və yubka) |
Xidmətin qadın əməkdaşları üçün kostyum dəsti (kitel və yubka) Rəngi: Mavi, tünd göy, yaşıl, bej, qara. Parça: 100% kabardin, sıxlığı 250 gr Xüsusiyyəti: Cırılmaya, sürtülməyə dayanıqlı, qar, su, günəş və işığa qarşı dözümlü olmalıdır. Geyim işçini ümumi çirklənmədən, mexaniki və iqlim təsirindən qorumalı, tez və rahat təmizlənən olmalıdır. Kəsim və tikiş DÜST 27575-87 standartlarına uyğun olmalıdır. Materialın texniki xarakteristikası: - Yuyulmadan sonra boy dəyişməsi 1,5 %-dən çox olmamalıdır; - Yuyulmaya, işığa və günəşə davamlı boya ilə boyanmalıdır; - Sapların keyfiyyəti (amirovvanı); Uyğunluq sertifikatlarının olması vacibdir. Kitel: xidmət rəisi və müavinləri üçün tünd göy (sürməyi) rəngli parçadandır, birbortlu, qatlanan boyunluqludur. Bortu ortadan üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan dörd böyük düymə ilə düymələnir. Xidmət rəisi və müavinləri üçün müəyyən edilmiş kiçik düymələrlə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı üstdən tikilmə döş və üstlüyü qatlanan kəsmə yan cibləri vardır. Kürək hissəsində, ortada şlitsa ilə tamamlanan tikiş vardır. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi 6 vardır. Kitelin qol manjetlərinin üzərində eni 2 mm olan gümüşü rəngli zolaq, qollarının aşağı arxa hissəsində isə bir sırada yerləşən gümüşü metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan 4 ədəd kiçik düymə vardır. Kitelin sağ və sol qatlanan yaxalıqlarında gümüşü rəngli toxunma dəfnə budağının nişanları vardır. Kitelin sağ qolunda qol nişanı, sol qolunda isə xidmət rəisi və müavinləri üçün müəyyən edilmiş fərqləndirici nişan vardır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün tünd göy (sürməyi) rəngli parçadan tikilir, birbortlu, qatlanan boyunluqludur. Bortu orta hissədən üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan 4 ədəd böyük düymə ilə düymələnir. Kiçik düymələrlə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı üstdən tikilmə döş və üstlüyü qatlanan kəsmə yan cibləri vardır. Kürək hissəsində ortada şlitsa ilə tamamlanan tikiş vardır. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kitelin qol manjetlərinin üzərində eni 2 mm olan gümüşü rəngli zolaq, qollarının aşağı arxa hissəsində isə bir sırada yerləşən gümüşü metaldan hazırlanmış üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan 4 ədəd kiçik düymə vardır. Sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı, sağ qolunda (qadınlarda sol qolunda) isə fərqləndirici nişan vardır (şəkil 6, 8). Yubka: tünd göy (sürməyi) rəngli parçadan, düzünə tikilir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Arxada bir ədəd kəsik vardır. Uzunluğu diz səviyyəsindədir. Forma düymələri: gümüşü rəngli metaldan hazırlanır və düymələrin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunur. |
5 |
dəst |
4 |
Şalvar (yay üçün) |
Xidmətin əməkdaşları üçün şalvar yay üçün Rəngi: tünd göy (sürməyi) Parça: 100% Kabardin Şalvar: Xidmət rəisi və müavinləri üçün tünd göy (sürməyi) rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində şalvarın boyunca eni 4 mm olan gümüşü rəngli zolaq (lampas) tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün tünd göy (sürməyi) rəngli parçadan, düzünə, manjetsiz tikilir. Şalvarın sağ və sol tərəflərində şalvarın boyunca eni 2 mm olan gümüşü rəngli zolaq (lampas) tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfdə qapaqlı kəsmə cibi vardır. |
45 |
ədəd |
5 |
Uzunqol köynək |
Xidmətin əməkdaşları üçün uzunqol köynək Rəngi: Ağ Parça: 100% pambıq Uzunqol köynək: Xidmət rəisi və müavinləri üçün uzunqol köynək ağ rəngli parçadan tikilir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. İki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Ətəyi uzun və manjetsizdir. Uzunqol köynəyin qolları manjetli və yarıqlıdır. Bortlar və fiqurlu qapaqlar düymələrlə düymələnir. Köynəyin sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı, sağ qolunda (qadınlarda sol qolunda) isə xidmət rəisi və müavinləri üçün fərqləndirici nişan vardır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilər üçün uzunqol köynək ağ rəngli parçadan tikilir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. İki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Ətəyi uzun və manjetsizdir. Uzunqol köynəyin qolları manjetli və yarıqlıdır. Bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Köynəyin sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı, sağ qolunda (qadınlarda sol qolunda) isə fərqləndirici nişan vardır. |
90 |
ədəd |
6 |
Qısaqol köynək |
Xidmətin əməkdaşları üçün qısaqol köynək Rəngi: Ağ Parça: 100% pambıq. Qısaqol köynək: Xidmət rəisi və müavinləri üçün qısaqol köynək ağ rəngli parçadan tikilir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. İki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Ətəyi uzun və manjetsizdir. Qısaqol köynəyin qolları manjetlidir. Bortlar və fiqurlu qapaqlar düymələrlə düymələnir. Köynəyin sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı, sağ qolunda (qadınlarda sol qolunda) isə xidmət rəisi və müavinləri üçün fərqləndirici nişan vardır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilər üçün qısaqol köynək ağ rəngli parçadan tikilir. Qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. İki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri vardır. Ətəyi uzun və manjetsizdir. Qısaqol köynəyin qolları manjetlidir. Bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Köynəyin sol qolunda (qadınlarda sağ qolunda) qol nişanı, sağ qolunda (qadınlarda sol qolunda) isə fərqləndirici nişan vardır. |
90 |
ədəd |
7 |
Furajka |
Xidmətin rəisi və müavinləri üçün furajka Rəngi: tünd göy (sürməyi) Parça: 100% kabardin, sıxlığı 250 gr. Furajka: Xidmət rəisi və müavinləri üçün tünd göy (sürməyi) parçadan tikilir. Üst hissəsinin kənarında eni 2 mm olan gümüşü rəngli zolaq vardır. Günlüyü tünd mavi rəngdədir. İki gümüşü metaldan hazırlanmış, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan düymə ilə bərkidilən gümüşü rəngli toxunma qaytanı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır. Kokardanın sağ və sol hissələrində toxunma palıd yarpaqları vardır. |
5 |
ədəd |
8 |
Kepi |
Xidmətin kişi əməkdaşları üçün kepi Rəngi: tünd göy (sürməyi). Parça: 100% kabardin, sıxlığı 250 gr Kepi: Şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün tünd göy (sürməyi) parçadan tikilir. Dairəvidir, günlüyü eyni parçadandır. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır. |
35 |
ədəd |
9 |
Şlyapa |
Xidmətin kişi əməkdaşları üçün şlyapa Rəngi: tünd göy (sürməyi) Parça: 100% kabardin, sıxlığı 250 gr Şlyapa: tünd göy (sürməyi) rəngli parçadan tikilir. Eni 90 mm olan kənar hissələri arxadan və yanlardan bir az qaldırılmışdır. Kənarlarında gümüşü rəngli eni 2 mm olan zolaq vardır. Ön tərəfində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri olan kokardası vardır |
5 |
ədəd |
10 |
Qalstuk |
Xidmətin əməkdaşları üçün qalstuk Rəngi: Tünd göy Parça: 100% İpək. Qalstuk: Xidmətin bütün vəzifəli şəxsləri üçün tünd göy rəngdə olur. Qalstuka gümüşü rəngli sıxac taxılır |
45 |
ədəd |
11 |
Tufli (kişi üçün) |
Xidmətin kişi əməkdaşları üçün tufli Rəngi: Qara. Material: 100% dəri Tufli (kişi üçün): Əməkdaşlar üçün qara rəngli dəridən tikilir, üstü hamar və naxışsız olur, yastı dabanlıdır |
40 |
ədəd |
12 |
Tufli (qadın üçün) |
Xidmətin qadın əməkdaşları üçün tufli Rəngi: Qara Material: 100% dəri Tufli (qadın üçün): Əməkdaşlar üçün qara rəngli dəridən tikilir, üstü hamar və naxışsız olur, yastı dabanlıdır |
5 |
ədəd |
13 |
Bel kəməri |
Xidmətin əməkdaşları üçün bel kəməri Rəngi: Qara Material: 100% dəri Bel kəməri: qara rəngli göndən hazırlanır, eni 4 sm, toqqası 5x6 sm-dir |
45 |
ədəd |
14 |
Qol nişanı |
Xidmətin əməkdaşları üçün qol nişanı Rəngi: tünd göy (sürməyi) Material: toxunma parça Qol nişanı: xidmət rəisi və müavinləri üçün qalxanşəkilli olmaqla iki hissədən (aşağı və yuxarı) ibarətdir və aralarındakı məsafə 5 mmdir. Ölçüsü 80x110 mm təşkil edir. Hər iki hissə tünd göy (sürməyi) rəngli, qalın parçadan hazırlanmış və kənarları boyunca gümüşü rəngli 3,2 mm qalınlığında zolaq toxunmuşdur. Aşağı hissənin üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin, onun hər iki tərəfində Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirləri, yuxarısında gümüşü sapla “DÖVLƏT EKOLOJİ TƏHLÜKƏSİZLİK XİDMƏTİ” sözləri, yuxarı hissənin üzərində isə gümüşü sapla “EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri toxunmuşdur; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün qalxanşəkilli olmaqla iki hissədən (aşağı və yuxarı) ibarətdir və aralarındakı məsafə 5 mm-dir. Ölçüsü 80x110 mm təşkil edir. Hər iki hissə tünd göy (sürməyi) rəngli, qalın parçadan hazırlanmış və kənarları boyunca gümüşü rəngli 2,2 mm qalınlığında zolaq toxunmuşdur. “Aşağı” hissənin üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin, onun hər iki tərəfində Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirləri, yuxarısında gümüşü sapla “DÖVLƏT EKOLOJİ TƏHLÜKƏSİZLİK XİDMƏTİ” sözləri, “Yuxarı” hissənin üzərində isə gümüşü sapla “EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ” sözləri toxunmuşdur. |
180 |
ədəd |
15 |
Döş nişanı |
Xidmətin əməkdaşları üçün döş nişanı Rəngi: Gümüşü Material: Paslanmayan metal Döş nişanı: 50x45 mm ölçüdədir, paslanmayan metaldan hazırlanmışdır. Yarımkürə formasındadır, qara xətlərlə haşiyələnmişdir, üzərində “DÖVLƏT EKOLOJİ TƏHLÜKƏSİZLİK XİDMƏTİ” sözləri, Azərbaycan Respublikası Dövlət Gerbinin və qövsvari sünbüllərin təsvirləri və əməkdaşın şəxsi nömrəsi həkk olunmuşdur. Döş nişanı qış və yay geyimlərinə müvafiq olaraq kitel və qısaqol köynəyin sol (qadınlarda sağ) döş cibinin qatlanan qapağından 10 mm aşağıdan asılır; Yaxa nişanı. xidmət rəisi və müavinləri üçün yaxa nişanı dəfnə budağı şəklindədir, gümüşü rəngli sapla toxunma üsulu ilə hazırlanır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün yaxa nişanı diametri 15 mm olan Azərbaycan Respublikasının Dövlət Gerbi şəklindədir, gümüşü rəngli metaldan hazırlanır. |
45 |
ədəd |
16 |
Fərqləndirici nişanlar |
Xidmətin əməkdaşları üçün fərqləndirici nişanlar Rəngi: tünd göy (sürməyi) Parça: toxunma parça Fərqləndirici nişanlar - Xidmətin işçiləri üçün tutduqları vəzifəni müəyyən etmək üçündür və zirvələri aşağı yönəlmiş 120 dərəcəli bucaq olan günyələrdir. Xidmət rəisi və müavinlərinin fərqləndirici nişanları üçün günyələrin eni 25 mm, şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilər üçün günyələrin eni 15 mm və aralarındakı məsafə 5 mm-dir. Xidmət rəisi üçün fərqləndirici nişanın yuxarısında, günyənin uclarının arasında diametri 20 mm olan səkkizguşəli ulduz vardır. Daşınma üsuluna görə fərqləndirici nişanları tikilmə və taxılıb-çıxarılan nişanlardan ibarətdir. Tikilmə və taxılıb-çıxarılan fərqləndirici nişanlar tünd göy (sürməyi) rəngli, qalın parçanın üzərində gümüşü sapdan tikilmə (və ya preslənmə) üsulu ilə hazırlanır. Xidmət üzrə fərqləndirici nişanlar üçün günyələrin sayı aşağıdakı kimi müəyyən edilir: Xidmət rəisi üçün – bir; Xidmət rəisinin müavinləri üçün – bir; şöbə müdirləri üçün – dörd; baş məsləhətçilər üçün – üç; aparıcı məsləhətçilər üçün – iki; məsləhətçilər üçün – bir. |
180 |
ədəd |
17 |
Kokarda |
Xidmətin əməkdaşları üçün kokardalar Rəngi: gümüşü Parça: toxunma parça Kokarda: Xidmət rəisi və müavinləri üçün kokarda gümüşü rəngli sapla toxunma üsulu ilə hazırlanır. Baş geyiminin ön hissəsinə vurulur. Kokardanın mərkəzində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, təsvirin aşağısında, sağ və sol tərəflərində 184 mm xətt boyunca gümüşü rəngli palıd yarpağının nişanları vardır; şöbə müdiri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi üçün gümüşü rəngli metaldan hazırlanır, baş geyiminin ön hissəsinə vurulur, kokardanın mərkəzində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri vardır. |
60 |
ədəd |
18 |
Qalstuk üçün sıxac |
Xidmətin əməkdaşları üçün qalstuk üçün sıxac Rəngi: gümüşü Material: paslanmatan metal Qalstuk üçün sıxac: gümüşü rəngli metaldan hazırlanır. Sıxacın üzərində fərqləndirici nişanların təsviri həkk olunur |
60 |
ədəd |