Dövlət Məşğulluq Agentliyi “Agentliyin Aparatı üçün nəqliyyat vasitələrinin satın alınması” tenderinin nəticələrini elan edib.
“Toyota Abşeron Mərkəzi” daha bir quruma avtomobillər satdı – TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi “Toyota Abşeron Mərkəzi” MMC olub.
Qalib şirkətə 589 050 manat ödəniləcək.
Bu müqaviləyə görə 9 ədəd sedan tipli avtomobil satın alınması nəzərdə tutulur. Bu da o deməkdir ki, bir avtomobil üçün 65 450 manat ödəniləcək.
Qeyd edək ki, avtomobillərə verilən tələblər belədir.
Minik avtomobilinin texniki xarakteristikası: Avtomobilin tipi: Minik avtomobili (sedan tipli)Avtomobilin ili: minimum 2023-cü il (Yeni); Uzunluq x En x Hündürlük minimum: 4800 x 1800 x 1400 mm; Klirens: minimum 140 mm; Yanacaq növü :Hybrid (Benzin) Oturacaq sayı: 5 oturacaqlı;Mühərrik həcmi:minimum 2450 sm3; Silindr sayı: minimum 4; Maksimal güc: minimum 210 a/g; Yanacaq çəninin həcm: minimum 50 l; Transmissiya: E-variator; Təhlükəsizlik :(ABS + VSC with trailer sway, Ön sürücü və sərnişin, yan və pərdə tipli təhlükəsizlik yastıqları, Sürücü diz üçün təhlükəsizlik yastığı, Immobilizer+siqnalizasiya, Usaqlar üçün qoruyucu kəmərlər, Sərnişinin təhlükəsizlik kəmər xatırladıcısı; İnteryer:Dəri oturacaqlar, Sükanda audio və telefon idarəetmə sistemi, Dəri ilə işlənmiş sükan çarxı, Mailliyə və çıxışa görə tənzimlənən sükan (manual), Arxa oturacaqların 60/40 qatlanması (manual), Avtomatik tənzimlənən sürücü oturacağı, Qızdırılan sürücü və ön sərnişin oturacaqları, Açarsız daxilolma və bir toxunuşla işəsalma, Yağış və işıq sensorları, 2 zonalı avtomatik kondinsioner, Multi məlumat displeyi ( minimum 7"dyum ), Premium display 9"dyum + Bluetooth + 9 dinamik+ MM19 (Apple / Android auto,usb*2, vtr (aux) *1, Kruiz kontrol, Təkərin təzyiqinə nəzarət sistemi, Eksteryer:Təkər-disk ölçüləri minimum 215/55R17, Kuzov rəngində avtomatik tənzimlənən, qatlanan, qızdırılan yan güzgülər,Xrom rəngində avtomatik tənzimlənən, qatlanan, qızdırılan yan güzgülər,Yan güzgülərdə dönmə işıqları,LED ön faralar (yaxın işıqlar) + fara təmizləyənlər, LED Gündüz işıqları,LED Ön duman əleyhinə faralar, Arxa görüntülü kamera(guide), Arxa park sensorları, Rəng: Qara/ağ (seçim edilməklə), Zəmanət: minimum 3 il və ya 100000km yürüş ilə (istehsal xətası ola bilən bütün hissələr üzrə) ( ilk yardım çantası, qəza dayanma nişanı, ehtiyat təkər, ayaqaltılar)