Daxili İşlər Nazirliyinin Komendat Xidməti “DİN-in İnzibati binalarının əsaslı təmiri” tenderinin nəticələrini elan edib.
Təmir işləri ilə bağlı 708 minlik - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Kənan İnşaat və Ticarət” MMC olub.
Qalib şirkətlə 400 000 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən fasadın alkopan hissəsinin yuyulub təmizlənməsi xidməti satın alınacaq. Alkopan hissə 8 000 kvadratmetr təşkil edir və il ərzində 3 dəfə yuyulması nəzərdə tutulur.