Dövlət İmtahan Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortası üçün elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Mərkəzi Bank sığortaçı axtarır - TENDER
FED.az xəbər verir ki, tenderi "Qala Sığorta" ASC qazanıb.
DİM əməkdaşlarının könüllü tibbi sığortasının satınalınması üçün "Qala Sığorta" ASC-yə 171 min 690 manat ödəyəcək.
Qeyd edək ki, müqaviləyə əsasən, DİM-in 582 əməkdaşı (işçi sayı - 251, həyat yoldaşı - 147, 18 yaşa qədər uşaq - 184 (o cümlədən 3 yaşa qədər 37)) sığortalanacaq.