Mədəniyyət Nazirliyinin Ağstafa Regional Mədəniyyət İdarəsi “Cari təmir və abadlıq işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
189 min manatlıq tenderin nəticələri– AÇIQLANDI
FED.az xəbər verir ki, tenderin qalibi "GEO-PROYEKT" MMC şirkəti olub. Şirkətlə 63 min 217 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl "Azergold" Qapalı Səhmdar Cəmiyyətinin 403 min 426 manat dəyərindəki “Daşkəsən rayonu, Quşçu kəndində yerləşən orta məktəb binasında təmir-bərpa işlərinin satın alınması” (23.06.2022) tenderini qazanıb.