“AzInTelecom” MMC "Hökumət buludu" layihəsi çərçivəsində müəssisə tipli yaddaş avadanlıqlarının satınalınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1.495 milyon manatlıq tenderin qalibi "Farah İnnovations" MMC-dir.
Xatırladaq ki, "Farah İnnovations" MMC bundan əvvəl Təhsil Nazirliyinin Təhsil Nazirliyi üçün 1 ədəd "Palo Alto Networks VM200" şəbəkə təhlükəsizlik sisteminin mühafizəsi üçün nəzərdə tutulmuş əlavə proqram təminatı lisenziyalarının satınalınması üzrə 11 968 manatlıq tenderin qalibi olub (25.08.2022).