Bakı Sağlamlıq Mərkəzi dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iştirak ödənişi 2 000 manatdır və son müraciət tarixi 07.10.2022-ci ilə kimidir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Azadlıq prospekti 112 (Əlaqələndirici şəxs : Rövşən Abbasov telefon : +994512297020) ünvanından ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
İddiaçının tam adı hüquqi statusu,
nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi,
Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 40 bank günü,
Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 70 bank günü,
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (Yüklülük barədə arayış), 10.2. “Tender iştirakçısının komplekt anket" Forması (Nümunəsi ƏŞT-da mövcuddur.) 10.3. “İxtisas göstəriciləri üzrə Məlumat” Forması (Nümunəsi ƏŞT-da mövcuddur.), ən azı 2 şirkətdən alınmış tövsiyyə məktubu.