“Azərifmanservis” MMC (VÖEN: 1501516911) tenderlər elan edib.
Azərbaycanda Sənaye Parkına dəmiryolu çəkiləcək – 18 MİLYON XƏRCLƏNƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində "Hovuz" binasında təmir işlərinin satın alınması ilə bağlı keçirilən tenderin ehtimal olunan qiyməti 575 min 239 manatdır. Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin futbol meydançasının təbii ot örtüyünün salınması işlərinin satınalınması ilə bağlı keçirilən tenderin ehtimal olunan qiyməti 1 milyon 13 min manatdır. Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manat təşkil edir.
Ağdam Olimpiya İdman Kompleksinin binasında təmir işlərinin satın alınması ilə bağlı keçirilən tenderin ehtimal olunan qiyməti 921 min 596 manat təşkil edir. Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Boradigah idman zalının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin inzibati binasının təmiri və digər zəruri işlərin satınalınması ilə bağlı keçirilən tenderin ehtimal olunan qiyməti 763 min 481 manatdır. Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Leyla Şərifova - Dövlət Satınalma üzrə baş mütəxəssis /
[email protected] / +994 12 565 05 55















