Ağcabədi Rayon İcra Hakimiyyətinin Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Ağcabədi şəhəri daxilində yolların təmiri işlərinin satın alınması üçün tender elan edir.
Eləcə də bax: Dövlət qurumu böyük "əsaslı təmir" tenderi - ELAN EDİR – SİYAHI
FED.az xəbər verir ki, tenderdə iştirak üçün sənədləri 11 aprel 2022-ci il saat 17.30-a kimi göndərmək lazımdır.
Tenderdə iştirak haqqı 450 manatdır.
Elektron satınalmada iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını asanpay vasitəsi ilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tender təklifi.
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı.
4. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin , habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti.
7. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd.
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
11. Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün Lisenziya.
12. İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə).
İxtisas uyğunluğu sənədləri:
-tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu;
-iddiaçının işlərin həyata keçirilməsi üçün maliyyə imkanlarının olması;
-malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi.
Qeyd olunan sənədlər Azərbaycan dilində düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır.
Malgöndərənlər tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 11 aprel 2022-ci il saat 17.30-a, tender təklifi və bank təminatını isə 19 aprel 2022-ci il saat 17.30-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 20 aprel 2022-ci il saat 17.30-da portal vasitəsilə açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.