Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu “Kredit reytinqi üzrə xidmət” tenderinin nəticələrini elan edib.
Dövlət şirkətinin 550 min manatlıq tenderi - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Fitch Ratings” LTD (VÖEN: 1316230) olub.
Qalib şirkətlə 133 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
"Fitch Ratings" LTD, beynəlxalq reytinq agentliyidir və maliyyə bazarlarında kredit reytinqləri, öhdəliklərin qiymətləndirilməsi və borc risklərinin təhlilinə ixtisaslaşmışdır. Şirkət, dövlətlər, korporasiyalar, banklar və digər maliyyə qurumları üçün reytinq qiymətləndirmələri təqdim edir. "Fitch Ratings", qlobal maliyyə bazarlarında mövcud olan ən mühüm üç reytinq agentliyindən biri hesab edilir və maliyyə sektoru üzrə nüfuzlu rəylər verir. Şirkətin baş ofisi ABŞ-da yerləşir.