LOT - 1. Dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının və katriclərin satın alınması.
LOT - 2 . Geyim formasının satın alınması.
LOT - 3. Avadanlıqların satın alınması.
LOT - 4. Ofis və kabinet mebellərinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etsinlər.
Malların təchiz olunma müddəti - il ərzində.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: səmərəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsinə, iddiaçının maliyyə vəziyyətinə.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər LOT üzrə 500 AZN məbləğində iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada ala bilərlər.
Əlaqələndirici şəxs: Adgözəlov Pərviz Ramazan oğlu
Ünvan: Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7, Tel: 492-64-80
Təşkilat: Azərbaycan Respublikası Baş Prokurorluğu
VÖEN: 1700354471
H/h: AZ11CTRE00000000000003118570
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T: CTREAZ22
Budcə təsnifatının kodu:142330
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün elektron müracət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son üç ildəki müvafiq işlər üzrə fəaliyyəti haqqında müəssisə tərəfindən təsdiq olunmuş arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 05 aprel 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank zəmanətini isə13 aprel 2021-ci il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 14 aprel 2021-ci il saat 11:00-da Portal vasitəsilə açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.