“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Baş Muğan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: 10 milyon manatlıq tenderi qazanan - ŞİRKƏT AÇIQLANDI
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "ESPM Eser Proje ve Mühendislik Anonim Şirketi"nin yerli filialıdır.
Qalib şirkətə 1,722 milyon manat (təxminən 1 milyon ABŞ dolları) ödəniləcək. (Report)