“BakuBus” MMC özünün və avtomobillərin sığortalanması xidmətlərinin satınalınması məqsədi ilə 05 fevral 2019-cu il tarixində keçirtdiyi tenderin tender təklifi və bank təminatınının təqdim olunma tarixlərini, həmçinin təkliflərin açılma tarixini aşağıdakı tarixlərədək uzadır.
FED.az xəbər verir ki,Tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 19 aprel 2019-cu il 11:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərin açılışı isə 22 aprel 2019-cu il 11:00 tarixinədək uzadılmışdır.
Tender 8 (Səkkiz)lot üzrə keçirilir.
Lot 1 - Baku Bus MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası xidməti;
Lot 2 - Baku Bus MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında yerləşən əmlak kompleksi ərazisi ilə bir yerdə (bütün tikililər nəzərə alınmaqla) Daşınmaz Əmlakın İcbari sığortası xidməti;
Lot 3 - Baku Bus MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu, 1-ci km, 1 ünvanında və Nərimanov rayonu, 2037-ci məhəllə, 9-cu Köndələn küçəsi, 106H ünvanında olan Əmlakın (mebel, texnika və avadanlıq) Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası xidməti;
Lot 4 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) depo və dayanacaq məntəqələrində saxlanılması zamanı Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Könüllü Sığortası xidməti;
Lot 5 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası xidməti;
Lot 6 - Baku Bus MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomibillərinin Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortasından artıq olan hissəsi üçün Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin Könüllü Sığortası xidməti;
Lot 7 - Baku Bus MMC-yə məxsus olan Neoplan markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının) Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti
Lot 8 - Baku Bus MMC-yə məxsus olan Neoplan, İveco, Mercedes Sprinter markalı avtonəqliyyat vasitələrinin (avtobuslarının və mikro avtobuslarının) və minik avtomobillərinin Avtonəqliyyat Vasitəsinə Dəymiş Zərərin Könüllü (Avtokasko) Sığortası xidməti
“BakuBus” MMC özünə sığortaçı tapa bilmir - ELAN
10:00
17 Aprel 2019