Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi özünün inzibati binasında yenidənqurma və əsaslı təmir işlərinə aid layihə-smeta sənədlərinin hazırlanması işlərinin “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun satın alınması məqsədilə açiq tender elan edib.
FED.az xəbər verir ki, açıq tenderdə layihə-smeta sənədlərinin hazırlanması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilər.
Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat və ya Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq (www.cbar.az) 150 (bir yüz əlli) manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesabına köçürdükdən və bunu təsdiq edən sənədi təqdim etdikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədən (Dövlət Turizm Agentliyi, telefon- +994125058704 (əlavə 2303); faks: +994124920592), e-mail:[email protected]
AZN hesabı
Emitent
Bankın adı – Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
SWIFT – CTREAZ22
Alan – Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
VÖEN – 1404365471
H/h – AZ53CTRE00000000000008498501
Büdcə səviyyəsinin kodu -7
Büdcə təsnifatının kodu -142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 3 sentyabr 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 11 sentyabr 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbəyə (əlaqələndirici şəxs – Mehman Bayramova) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 12 sentyabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.