Bakı Metropoliteni tender elan edir
FED.az xəbər verir ki, Bakı Metropoliteni 3-cü yeni (Bənövşəyi) xəttinə aid "B-3" stansiyasının yerüstü sahəsinin abadlaşdırılması layihəsi çərçivəsində yaşıllaşdırma işlərinin satın alınması üzrə açıq tender keçirir.
Tenderdə iştirak etmək üçün müraciətin təqdim edilmə və tender sənədlərin alınma müddəti: 27.10.2020-ci il saat 15:30-dək.
Tender təklifləri ilə bank təminatı sənədlərini 04.11.2020-ci il saat 15:30-dan gec olmayaraq Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanında yerləşən Bakı Metropoliteninə təqdim edilməlidir.
İştirak haqqı: 50 AZN
Əlaqələndirici Şəxs - Rauf Yusifov
Telefonlar: 490-01-01