Baki şəhər icra hakimiyyətinin Baki şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi kommunal-kommunikasiya xətlərinin təmiri işlərinin satın alınması üzrə iyunda elan etdiyi tenderin nəticəsini 6 ay sonra (işlərin bitməsinə 14 gün qalmış – FED.az ) açıqlayıb.
FED.az xəbər verir ki, tenderdə "Star Construktion-12" QSC (VÖEN 1004166441) şirkəti qalib gəlib. Qalib şirkətlə 1 milyon 137 min manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, Bakı icra hakimiyyətinin bu tenderi dövlət satınalmaları üzrə portalda yerləşdirilməyib.