Bakı Dövlət Univeristeti univeristet üçün “elektron sənəd dövriyyəsi” sisteminin və “insan resursları üzrə idarəetmə” alt sisteminin satın alınması üzrə açıq tender elan edir.
Rayon İcra Hakimiyyəti kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini elektron qaydada təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün iddiaçı qismində analoji işlərdə böyük təcrübəsi olan, dövlət orqanları tərəfindən məhkəməyə cəlb edilməyən, hazırki fəaliyyət dövründə dövriyyəsi mövcud olan və ötən ilin mənfəət bəyannaməsi əldə etmiş müəssisələr tenderdə iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
İştirak haqqı 500 (beş yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Telefon- 012- 538- 51 -21, əlaqələndirici şəxs- İlhamə Aslanova.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat-Bakı Dövlət Universiteti PHŞ
Ünvan-Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.
H/h-AZ32AIIB33070019443307872103
VÖEN- 1300489621
Bank-“Kapital Bank” ASC –nin 1 saylı Yasamal filialı
Kod- 200037
VÖEN-9900003611
M/h- AZ37NABZ01350100000000001944
SWİFT-BİK AIIBAZ 2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü artıq müddətdə qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq olunmuş surəti), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə uyğunluq sertifikatları.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 19 iyul 2021-ci il saat 11.00-a, iş qrafiki, tender təklifi və bank zəmanətini isə 29 iyul 2021-ci il saat 17.45-ə qədər elektron qaydada təqdim etməlidirlər.
Tender təklifi zərfləri 30 iyul 2021-ci il saat 11.00-da satınalmaların vahid internet portalı vasitəsilə elektron qaydada açılacaqdır.