“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2020-ci il üzrə konsolidə edilmiş mühasibat və maliyyə hesabatlarının illik auditi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir.
Qazax Rayonu İcra Hakimiyyəti yarım milyonluq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 19 aprel 2021-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Zərflər 20 aprel
2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana müraciət edə və +994(12) 537-02-00 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.