“Azərsu” ASC “Hinal Group” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: "Bakı Metropoliteni"nin 2,4 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Cəmiyyətin balansında olan subartezian quyularında istismar üçün nasos aqreqatlarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2 094 349 manatdır.
Qeyd edək ki, “Hinal Group” MMC 2021-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Əhliman Əliyevdir. Şirkətin dövlətə 1443 manat vergi borcu var.