“Bakı Metropoliteni” QSC yük, minik avtomobilləri, xüsusi texnikalar və təsərrüfat qatarları üçün ehtiyat hissələrinin satın alınmasına 2,4 milyon manata yaxın vəsait yönəldəcək.
Eləcə də bax: Bakı metrosunun 3,5 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, Bakı Metropoliteni “Araz Motors” MMC ilə 2 milyon 398 min 709 manat məbləğində müqavilə bağlayıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.