«Azərsu» Səhmdar Cəmiyyəti Azərbaycan Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na daxil olan layihələrin maliyyələşdirilməsi xərcləri çərçivəsində “Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi məqsədi ilə Texniki-iqtisadi Əsaslandırma Hesabatının hazırlanması” işlərinin satın alınması üzrə tenderə yekun vurub.
Eləcə də bax: "Azərsu"nun 7 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az-ın məlumatına görə, tenderin qalibi «GEO-SU GROUP» MMC olub.
Şirkətlə 1 milyon 183 min manatlıq müqavilə bağlanılıb.
Qeyd edək ki, «GEO-SU GROUP» MMC-nin hüquqi ünvanı Suraxanı rayonu, Yeni Suraxanı ştq, Vahid Xəlilov (Yeni Suraxanı qəs.), ev 4-də yerləşir. Rəsmi təmsilçisi Rüstəmov Elvin Həsən oğludur.