“Azərsu”ASC daxili vəsaiti hesabına sementin (kisələrdə) satın alınması məqsədilə kotirovka sorğusu elan edir.
Rayon İcra Hakimiyyəti dəftərxana ləvazimatları alır - KOTİROVKA SORĞUSU
FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin satınalmaların təşkili şöbəsi rəisinin müavini (əlaqələndirici şəxs-İntizam Novruzova, telefon- 431 47 67/3019 və Tural Rzayevə, 431 47 67/2266) müraciət edə bilərlər.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 29 iyun 2021-ci il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda 30 iyun 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.