“Azərsu” ASC tikinti işləri bağlı 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, ““Pirşağı –Bilgəh” şərq kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınması” tenderin qalibi "Nardaran İnvest" MMC, "Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı və Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC birgə müəssisəsi olub.
Şirkətlə 14 826 700 manat məbləğində müqavilə imzalanıb.
***
“Ceyranbatan – Maştağa - Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınması” tenderin qalibi "Nardaran İnvest" MMC, "Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı və Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC birgə müəssisəsi olub.
Şirkətlə 25 132 868 manat məbləğində müqavilə imzalanıb