“Azərsu” ASC 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki (diametri 1400 mm, uzunluğu 800 m) hissəsinin yenidən qurulması işlərinin satın alınması” tenderinin qalibi “Providense Doyç” MMC olub.
Qalib şirkətə 1 949 077 manat ödəniləcək.
***
“Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində su mənbəyinin (subartezian quyuları meydançası) mühafizəsi məqsədilə bəndin inşası işlərinin satın alınması” tenderinin qalibi “TNN” QSC olub.
Qalib şirkətə 631 465 manat ödəniləcək.