“Azərişıq” ASC “Bakı şəhəri, Sabunçu və Xətai rayonlarının paylayıcı elektrik şəbəkələrində enerji təchizatının dayanıqlığının artırılmasi məqsədilə görülməsi vacib olan işlərin satın alınması” tenderinin nəticələrini elan edib.
Füzulinin 3 yaşayış məntəqəsinin elektrik təchizatına - 1,1 MİLYON AYRILDI
FED.az xəbər verir ki, tenderin qalibi “İntegras” MMC (VÖEN: 1305249991) olub.
Qalib şirkətə 8 433 238 manat ödəniləcək.
Qeyd edək ki, “İntegras” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhsəti Həsənova Hüseynalı qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99 ünvanında yerləşir.