Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstan, Rusiya və İranla sərhəddəki gömrük məntəqələrini təmir etdirəcək.
FED.az xəbər verir ki, Komitə bununla bağlı tenderlər elan edib. Elana əsasən DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda əsaslı təmir işləri, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda cari təmir işləri Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda cari təmir işlərinin satınalınması üzrə iştirakçılar dəvət olunur.
Eləcə də bax: Xəstəxana təmiri – KOTİROVKA SORĞUSU
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı: Lot 1: 150 (yüz əlli) manat
Bank rekvizitləri:
HESAB: AZ47CTRE00000000000002248414
VÖEN: 1300049571
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
KODU: 210005
MÜXBİR HESABI: AZ41NABZ01360100000000003944
SWİFT BİK CTREAZ22
BÜDCƏ TƏSNİFATININ KODU: 142317
BÜDCƏ SƏVİYYƏSİNİN KODU: 3
İstirak haqqı heç bir halda qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 06.11.2019-cu il saat 11:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 15.11.2019-cu il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
İddiaçıların təklifləri 18.11.2019-cu il saat 11:00 tarixində açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.