Azərbaycanda dövlət satınalmalarına nəzarət edən Antiinhisar və İstehlak Bazarına nəzarət Dövət Agentliyi dövlət satınalmaları ilə bağlı bəzi yenilikləri açıqlayıb.
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dövlət Qurumu bir şirkətlə 4 gündə - 20 MİLYONLUQ MÜQAVİLƏLƏR İMZALADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, əsas dəyişiklik, dövlət satınalmaları prosesində, eləcə də bəzi mərhələlərdə süni intellektin tətbiqinin artırılmasıdır. Eləcə də satınalmalarda təklifin qüvədə olması müddəti də uzadılıb. Beləliklə, əsas dəyişikliklər:
Şərtlər toplusu süni intellekt vasitəsilə yoxlanılыр. Buraya aiddir:
- Şərtlər toplusunun süni intellekt vasitəsilə rəqabət, satınalmaya çıxış və sənədin tam və düzgün doldurulması istiqamətində yoxlanılması
- Yoxlama zamanı 6 meyar üzrə strukturlaşdırılmış təhlilin aparılması və hesabatın hazırlanması
- Şərtlər toplusuna daxil olan iş həcmləri cədvəlində məhdudlaşdırmaların olması ilə bağlı ayrıca təhlilin aparılması
- Potensial uyğunsuzluqların və riskli məqamlarla bağlı satınalma komissiyasına məlumatların verilməsi
Təchizatçı tərəfindən təklifin qüvvədə olma müddətini uzatmaq imkanı yaradılıb
- Satınalmada iştirak edən təchizatçılar üçün təklifin qüvvədə olma müddətini elektron qaydada dəyişmək imkanı;
- Yenilənmiş qüvvədə olma müddətinin və təminat məlumatlarının təqdim edilməsi;
- Təminat tarixləri yenilənmiş müddəti əhatə etmədikdə xəbərdarlıq mesajının göstərilməsi;
- Satınalan təşkilat və təchizatçılara təkliflərin qüvvədə olma müddəti və zəmanət üzrə dəyişiklik tarixçəsinin saxlanılması və izlənməsi;
- Təchizatçı tərəfində geri sayım və müddət məlumatlarının daha aydın göstərilməsi;
- Qiymətləndirmə mərhələsində yenilənmiş təklif müddəti əsasında yoxlamaların aparılması.
Müqavilələr modulu yenilənib
- Satınalan təşkilatlar və təchizatçılar üçün müqavilələr vahid cədvəl üzərindən idarə olunаъаг;
- İmzalanmış müqavilələrin nəzərdən keçirilməsi və dərc edilməsi üzrə yeni funksionallıq;
- Müqavilələr səhifəsində istifadəçi interfeysinin yenilənməsi;
- Axtarış və genişləndirilmiş axtarış imkanlarının təkmilləşdirilməsi;
- Satınalma kartlarında müqavilə ilə bağlı məlumatların və indikatorların əks olunması;
- Yekunlaşmış satınalmada müqavilələrin əlavə hissədə əks olunması.
- Müqavilələrə dəyişiklik zamanı öncəki versiyaların saxlanması















