Azərbaycan İnvestisiya Holdinqi fevralın 24-də elan etdiyi kotirovka sorğusunu ləğv edib.
AzInTelecom kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, bu barədə Holdinq özü məlumat yayıb.
Məlumatda deyilir ki, 24 fevral 2021-ci il tarixində elan edilmiş telefoniya, telekommunikasiya, şəbəkə avadanlıqlarının alınması və quraşdırılması xidmətinin, proqram təminatı və antivirus proqramlarının satın alınması üzrə, eləcə də 27 fevral 2021-ci il tarixdə elan edilən kəsintisiz qida qurğuları və onların quraşdırılması xidmətinin satın alınması və kompüterlər, printerlər və sair avadanlıqların və onların quraşdırılması xidmətinin satın alınması üzrə təkliflər sorğuları prosedurlarında texniki çatışmazlıqlar yaranıb.
Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəyi nəzərə alınaraq qeyd olunan prosedurların ləğv edilməsi zərurəti yaranmışdır.
Həmin satınalma predmetləri üzrə növbəti dəfə yenidən elan veriləcəkdir.