Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı olmaqla ümumilikdə 206 ədəd mənzilin satın alınması ilə əlaqədar açıq tender elan edir.
Təmir işləri üzrə böyük tender elan olundu - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi nəzərdə tutulmayıb.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 (Telefon: (012) 596-44-09) ünvanından ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 05 oktyabr 2022-ci il saat 15:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 13 oktyabr 2022-ci il saat 15:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi,
85 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 14 oktyabr 2022-ci il saat 15:00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.