Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 40 min kompüter və noutbukların satın alınması (təkrar) üzrə tender elan edir.
Təhsil Nazirliyi təmir işləri üzrə böyük tender - ELAN EDİR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 1 100 manatdır və son müraciət tarixi 26.09.2022-ci ilə kimidir.
Qeyd edək ki tenderlə 10 min kompüter və 30 min noutbuk alınacaq.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 (Əlaqələndirici şəxs : İLHAM ŞİXBABAYEV telefon : +994124657348) ünvanından ala bilərlər.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi;
qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 90 bank günü
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş
Qeyd edək ki tenderlə 10 min kompüter və 30 min noutbuk alınacaq.